"Rusiyanın tankları tükənib, ekipajların intizamsızlığı artıb" - Britaniya kəşfiyyatı

   "Rusiyanın tankları tükənib, ekipajların intizamsızlığı artıb" - Britaniya kəşfiyyatı
  18 Avqust 2022    Oxunub:2102
Britaniya kəşfiyyatı Ukrayna müharibəsinə dair diqqət çəkən məlumatlar paylaşıb. AzVision.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin gündəlik hesabatında Ukraynaya yeridilmiş Rusiya tanklarının ciddi şəkildə tükəndiyi qeyd edilir.
"Əsas döyüş tanklarının ciddi şəkildə tükənməsi ehtimal ki, Rusiyanın müvafiq dinamik zirehləri (ERA) quraşdıra bilməməsi, və ya bunu düzgün tətbiq etməməsi ilə bağlıdır. ERA-dan düzgün istifadə edildikdə mərmi tanka dəyən zaman onun effektivliyi azalır. Bu onu göstərir ki, Rusiya qüvvələri 1994-cü ildə Birinci Çeçenistan Müharibəsi zamanı olduğu kimi ERA-dan zəif istifadə mədəniyyətinə əl gəzdirməyiblər", - məlumatda deyilir.
“Kreml narahatdır”: Britaniya kəşfiyyatı Krımın əhəmiyyətindən yazdı

O da vurğulanır ki, bir çox tank heyəti ERA ilə bağlı təlim də görməyib. Bu isə, sözügedən sistemin ya partlayıcı elementlərə zəif uyğunlaşmasına, ya da onun tamamilə sıradan çıxmasına gətirib çıxarır.

"Bu çatışmazlıqlar, ehtimal ki, tankların qüllələrinin partlayıb kənara atılmasına səbəb olur, bunu şahidlərin çəkdikləri videolarda yaxşı görmək olar. Müharibə zamanı rus komandirləri döyüş nizam-intizamını qoruya bilmədilər, ERA-dan aşağı səviyyəli istifadə bunu sübut edir", - nazirliyin məlumatında yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Kəşfiyyat   Ukrayna  





Xəbər lenti