Son 17 gündə Ukraynadan 622 min ton taxıl daşınıb

   Son 17 gündə Ukraynadan 622 min ton taxıl daşınıb
  18 Avqust 2022    Oxunub:424
Taxıl sazişinin reallaşmağa başladığı avqustun 1-dən bəri Ukraynadan 622 min tondan çox ərzaq ixrac edilib.
Bu barədə avqustun 18-də Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər. “Avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə yüklənmək üçün limanlara yola düşüb. Ümumilikdə Ukrayna limanlarından 622 min tondan çox taxıl ixrac edilib”, - hesabatda belə deyilir.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb. O, Lvovda ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş ilə taxıl sazişinin rellaşdırılması məsələsini müzakirə edəcək.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlərə əsasən İstanbulda dördtərəfli koordinasiya mərkəzi yaradılıb. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmilərə baxış keçirirlər.

AzVision.az

Teqlər:







Xəbər lenti