"Brüssel dialoqu" nəticəsiz başa çatıb

"Brüssel dialoqu" nəticəsiz başa çatıb
  18 Avqust 2022    Oxunub:755
Serbiya prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun baş naziri Albin Kurti Brüsseldə keçirilən dialoq raundunda vəziyyətin həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell avqustun 18-də keçirdiyi brifinqdə deyib.

“Hələ razılığa gəlməmişik, lakin bu, məsələnin sonu deyil. Hər iki lider dialoqun davam etdirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər, danışıqlar yaxın günlərdə bərpa olunacaq”, - deyə o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həll yollarının axtarışları sentyabrın 1-dək davam edəcək.

O, həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət gərginliyin bərpasını istəmir, istənilən gərginliyə görə bütün məsuliyyəti tərəflər daşıyacaq.

Xatırladaq ki, Kosovo Serbiyada verilmiş sənədlərin öz ərazisində qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

AzVision.az



Teqlər:





Xəbər lenti