Xarkova hücumda ölənlərin sayı artdı

   Xarkova hücumda ölənlərin sayı artdı
  19 Avqust 2022    Oxunub:914
Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunda yataqxanaya raket hücumu nəticəsində ölənlərin sayı 13 yaşlı yeniyetmə də daxil olmaqla 17 nəfərə çatıb.
Bu barədə “RBC-Ukraina” Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verib. Onun sözlərinə görə, hücum zamanı daha 42 nəfər yaralanıb.

"Gün ərzində xilasedicilər dağılmış evləri sökdülər. Təəssüf ki, dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb", - o deyib.

Beləliklə, Oleq Sinequbovun sözlərinə görə, indiyədək Xarkovda 2009-cu il təvəllüdlü oğlan da daxil olmaqla ümumilikdə 17 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti