Rusiyanın bəzi ərazilərində meşələrə giriş qadağan edildi

Rusiyanın bəzi ərazilərində meşələrə giriş qadağan edildi
  19 Avqust 2022    Oxunub:390
Rusiyanın Nijeqorod vilayətinin 26 rayonunda meşələrə giriş qadağası tətbiq edilib.
Qadağa yanğın təhlükəsi, eləcə də isti və quraq hava ilə əlaqədar avqustun 29-dək davam edəcək. Bir çox ərazilərdə əsas yollar istisna olmaqla, avtomobillərin meşələrə daxil olmasına da qadağa qoyulub.

Hazırda Vorotında yanğının ümumi sahəsi 3,3 min hektardır. Aktiv yanğınların davam etdiyi ərazi 800 hektar meşə massivini əhatə edir.

Qeyd edək ki, Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin meşə yanğını ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

AzVision.az

Teqlər:







Xəbər lenti