Rusiyada deputat axtarışa verildi: 3,25 milyard rüşvət alıb

   Rusiyada deputat axtarışa verildi:    3,25 milyard rüşvət alıb
  19 Avqust 2022    Oxunub:836
Rusiyada 3,25 milyard rubl rüşvət aldığına görə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Dövlət Dumasının deputatı Vadim Belousov axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən məlumat yayıb. “2 oktyabr 1960-cı il təvəllüdlü Belousov Vadim Vladimiroviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir.

Belousovun vəkili Lyudmila Aivar daha əvvəl bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Dövlət Dumasının deputatı Vadim Belousov 3 milyard rubldan çox rüşvətə görə 10 il həbs və 500 milyon rubl cərimə alıb. Hakim iclasda onun həbsinə qərar verib, lakin bunu edə bilməyiblər. Belə ki, müttəhim həmin günə təyin olunan görüşləri əsas gətirərək məhkəməyə gəlməyib.


AzVision.az



Teqlər:





Xəbər lenti