Ukraynada müharibədə ölən uşaqların sayı 362-yə çatıb

   Ukraynada müharibədə ölən uşaqların sayı 362-yə çatıb
  19 Avqust 2022    Oxunub:998
Ukraynada müharibə başlayandan bəri 362 ukraynalı uşaq həlak olub.
Bu barədə Ukrayna Baş Prokurorluğu teleqram səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 716 uşaq yaralanıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti