Almaniya humanitar yardım üçün 2,77 milyard avro ayıracaq

   Almaniya humanitar yardım üçün 2,77 milyard avro ayıracaq
  19 Avqust 2022    Oxunub:602
Almaniya Xarici İşlər Nazirliyi bu il humanitar yardım üçün 2,77 milyard avro ayıracaq.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. Onun sözlərinə görə, humanitar yardıma ehtiyacı olan insanları sayı artıb:

“Bu gün üç il əvvəl olduğundan iki dəfə çox insan humanitar yardımdan asılıdır. Çoxları üçün bu, sözün əsl mənasında ölüm-dirim məsələsidir. Bu inkişafı nəzərə alsaq, indi humanitar yardımı azaltmağın vaxtı deyil. Göründüyü kimi, Federal Xarici İşlər Nazirliyi bu il humanitar yardım üçün 2,77 milyard avro ayırır”.

AzVision.az


Teqlər:





Xəbər lenti