Efiopiyada təyyarə pilotları 11 km yüksəklikdə yatdılar

 Efiopiyada təyyarə pilotları 11 km yüksəklikdə yatdılar
  19 Avqust 2022    Oxunub:1228
Efiopiyada mülki təyyarənin pilotları 11 km yüksəklikdə yuxuya gediblər.
Bu barədə “LADBible” nəşri yazı. Qeyd olunub ki, onlar yatarkən avtopilot təyyarəni idarə edib. Bildirilib ki, hadisə Xartumdan Əddis-Əbəbəyə uçarkən baş verib. Nəzarətçi pilotlarla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb.

Nəhayət təyyarə yüksək hündürlükdə uçuş-enmə zolağının üzərindən uçarkən avtopilot sönüb və yüksək səs çıxararaq pilotları ayıldıb. Onlar layneri eniş üçün hazırlamağa və təyinat hava limanına təhlükəsiz eniş etməyə nail olublar.


AzVision.az



Teqlər:





Xəbər lenti