Bu ölkələr əlavə 1,3 trilyon dollar neft gəliri əldə edəcəklər

   Bu ölkələr əlavə    1,3 trilyon dollar neft gəliri əldə edəcəklər
  19 Avqust 2022    Oxunub:978
2026-cı ilə qədər Yaxın Şərq ölkələri neft satışlarından əlavə 1,3 trilyon dollar əldə edə bilər.
Bu barədə “Financial Times” Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən yazıb. BVF-nin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Cihad Azur deyib ki, əlavə gəlirlər investisiyalara, məsələn, innovativ texnologiyalara, səhiyyəyə və yaşıl enerjiyə yönəldilməlidir.

Qəzet dünyanın ən böyük suveren sərvət fondlarının Səudiyyə Ərəbistanı (PİF), Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dövlət fondları olduğuna diqqət çəkib. Onlar daim dəyişən bazardan faydalanmaq üçün problemli şirkətlərdə pay aıblar. Nəticə etibarı ilə Səudiyyə Ərəbistanı neft ixrac edən digər ölkələrlə yanaşı, neftin qiymətinin yüksək olmasından əsas faydalananlardan biri olacaq.

Bundan əlavə, ölkədə 2013-cü ildən bəri ilk dəfə olaraq ÜDM-in 5,5%-i həcmində büdcə profisiti yaranacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti