Ermənistanda silahlı şəxs meriya binasına daxil olub
İlkin məlumata görə, şəxs tapançadan bir neçə dəfə atəş açıb. Onun hələ də qumbarasının ola biləcəyi güman edilir.
Vitse-mer qeyd edib ki, vətəndaş heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil. Onun şəxsiyyəti də müəyyən edilməyib. Hazırda partlayış və ya atəş səsləri eşidilmir.
Hadisə yerində polis, MTX və xüsusi təyinatlılar var.
Şahanə Rəhimli
Teqlər: