Krımda Rusiya donanmasının qərargahı PUA ilə vuruldu

   Krımda Rusiya donanmasının qərargahı PUA ilə vuruldu
  20 Avqust 2022    Oxunub:1117
Rusiya Qara dəniz Donanmasının qərargahı pilotsuz təyyarə ilə hücuma məruz qalıb, itki yoxdur.
AzVision.az TASS-a istinadən bildirir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev məlumat verib.

“Mən Qara Dəniz Donanmasının qərargahındayam. 25 dəqiqə əvvəl bir pilotsuz təyyarə damın üstünə uçdu. Təəssüf ki, buxtada atıcı silahlarla işləsələr də, vurulmadı”, - Razvojaev bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti