ABŞ Ukraynaya 10,5 milyard dollarlıq hərbi yardım etdi

ABŞ Ukraynaya 10,5 milyard dollarlıq hərbi yardım etdi
  20 Avqust 2022    Oxunub:1414
Ağ ev administrasiyası Prezident Co Baydenin hakimiyyəti dövründə Ukraynaya ümumilikdə 10,6 milyard dollar həcmində silah və hərbi avadanlıq tədarük edib.
Bunu dövlət Katibi Entoni Blinken Pentaqonun Kiyevə əlavə olaraq 775 milyon dollarlıq hərbi yardım paketi ayrıldığını elan etməsindən sonra bildirib. “Bu paketlə ABŞ-ın hazırkı administrasiyasının işə başladığı vaxtdan bəri təhlükəsizlik sahəsində Ukraynaya ayrılan yardımın ümumu məbləği təxminən 10,6 milyard dollara çatıb”, - Blinken belə deyib.

Xatırladaq ki, Vaşinqtonun təqdim etməyə hazırlaşdığı yeni hərbi yardım paketinə yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi, 15 pilotsuz kəşfiyyat uçuş aparatı, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, tank əleyhinə Javelin və TOW raket kompleksləri, həmçinin digər hərbi avadanlıq daxildir.

AzVision.az



Teqlər:



Xəbər lenti