“Omikron”un BA.5 variantı Cənubi Qafqazda sürətlə yayılır” - ÜST

   “Omikron”un BA.5 variantı Cənubi Qafqazda sürətlə yayılır” -    ÜST
  20 Avqust 2022    Oxunub:1206
Şərqi Avropada “omikron”un alt növü olan koronavirusun yeni BA.5 variantı sürətlə yayılır.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun bəyanatında deyilir.

Qeyd olunub ki, Avropa bölgəsində infeksiyadan yoluxma və ölüm hallarında azalma müşahidə olunmağa başlayır, lakin “omikron”un alt növü olan koronavirusun yeni BA.5 variantı səbəbindən COVID-19-un çox sürətlə ötürülmə səviyyəsi qalmaqdadır və bu, ümumi narahatlığa səbəb olur.

Söhbət əsasən Şərqi Avropa, Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən gedir. Eyni zamanda, Qərbi Avropada koronavirus infeksiyasının yayılmasında davamlı azalma qeydə alınır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ÜST   COVID-19  



Xəbər lenti