"330 ukraynalı və amerikalı muzdlu məhv edilib" - Rusiya Müdafiə Nazirliyi

   "330 ukraynalı və amerikalı muzdlu məhv edilib" -    Rusiya Müdafiə Nazirliyi
  20 Avqust 2022    Oxunub:1492
Rusiya Silahlı Qüvvələri Xarkovun şimalında və "Donetsk Xalq Respublikasında" ukraynalı millətçilərin mövqelərinə dəqiq silahlarla zərbələr vurmaqda davam edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, nəticədə xeyli sayda muzdlu döyüşçü öldürülüb.
“Silahlı Qüvvələrin 127-ci ərazi müdafiə briqadasının 27-ci taborunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi əraziyə yerüstü yüksək dəqiqlikli silahlardan endirilən zərbələr nəticəsində 130-dək yaraqlı və 8 ədəd xüsusi texnika məhv edilib”, - nazirliyin məlumatında deyilir.

Bundan əlavə, "DXR"in Zvanovka və Paraskovievka yaşayış məntəqələri ərazilərində 25-ci desant briqadasının 3-cü və 12-ci batalyonlarında iki yüzdən çox şəxsi heyət, iki tank və yeddi xüsusi texnika yüksək dəqiqlikli havadan buraxılan raketlərlə öldürülüb.

"Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahlarının döyüş mövqelərinə endirdiyi zərbə nəticəsində Xarkov vilayətinin Andreevka qəsəbəsi ərazisində "Kraken" millətçi qrupunun və xarici muzdlular birliyinin 20-dək amerikalı döyüşçüsü ilə bərabər 100-dən çox yaraqlı məhv edilib", - məlumatda yazılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Muzdlu  



Xəbər lenti