Ermənistanda etiraz: Sürücülər beynəlxalq əhəmiyyətli yolu "iflic" etdilər

      Ermənistanda etiraz:   Sürücülər beynəlxalq əhəmiyyətli yolu "iflic" etdilər
  20 Avqust 2022    Oxunub:1173
Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İrəvan-Qarakilsə-Qafan-Mehri dövlətlərarası avtomobil yolu "iflic olub". .
Buna səbəb yük avtomobillərinin sürücülərinin yolu bağlamasıdır.

"Sürücülərin etirazına səbəb yollarda quraşdırılan xüsusi tərəzilərdir. Onlar nəqliyyat vasitələrinin yüklənməsi ilə bağlı tələblərə yenidən baxılmasını, ümumi tonajın 26 tondan 28 tona çatdırılmasını, təkər oxları boyunca çəkinin ləğv edilməsini tələb edirlər.", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti