Monteneqro parlamenti hökumətə etimadsızlıq göstərdi

 Monteneqro parlamenti hökumətə etimadsızlıq göstərdi
  20 Avqust 2022    Oxunub:1695
Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət etimadsızlıq səsverməsi nəticəsində buraxılıb.
Monteneqro parlamentində keçirilən etimadsızlıq səsverməsində deputatlardan 50-si hökumətin buraxılmasının lehinə, parlamentin sədri Daniyela Dyuroviç isə əleyhinə səs verib.

Qeyd edək ki, avqustun 3-də Baş nazir D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı fundamental razılaşma imzalayıb.

Razılaşma D.Abazoviç hökumətinin koalisiya tərəfdaşları, eləcə də Monteneqro Prezidenti Milo Cukanoviçin rəhbərlik etdiyi əsas müxalifət partiyası olan Monteneqro Sosialistləri Demokratik Partiyası tərəfindən etirazla qarşılanıb, hökumət tənqid hədəfinə tuş gəlib və etimadsızlıq səsverməsinin keçirilməsi təklif edilib.

AzVision.az


Teqlər: Monteneqro  



Xəbər lenti