Londonda enerji böhranı: Gecə klubları bağlana bilər

Londonda enerji böhranı:    Gecə klubları bağlana bilər
  20 Avqust 2022    Oxunub:1398
Londonda gecə klubları elektrik enerjisi qiymətlərinin sürətlə bahalaşması və inflyasiya fonunda insanların bu xidmətlərə xərcləri azaltmasından ehtiyat edir.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, gecə klublarının 54 faizi qaz və elektrik verilməsi barədə müqavilələri hələ də uzatmayıb. Bunu edənlər isə xərclərin pandemiyadan əvvəlki dövrlə müqayisədə 37 faiz artığını deyirlər.

Gecə sənayesi müəssisələri assosiasiyasının məlumatına görə, pandemiyaya qədər Britaniya iqtisadiyyatına ildə 46 milyard funt sterlinq (55,4 milyard dollar) qazandıran klubların xeyli hissəsi bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

AzVision.az



Teqlər:



Xəbər lenti