ABŞ-ın Ukraynaya yeni silahlar göndərəcək - SİYAHI

   ABŞ-ın Ukraynaya yeni silahlar göndərəcək -    SİYAHI
  20 Avqust 2022    Oxunub:1595
ABŞ-ın Ukraynaya göndərəcəyi yeni silahların adı məlum olub .
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviterdə yazıb.

Nazirin məlumatına görə, ABŞ-ın Ukraynaya ayırdığı yeni hərbi yardım paketinə HIMARS üçün hərbi sursat, 16 105 m-lik haubitsalar+hərbi sursatlar, 15 “ScanEagle” PUA-sı, 40 “MaxxPro” avtomobili, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, 50 Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle), 1500 tankəleyhinə idarəolunan raket, 1,000 “Javelin” raketi və digər avadanlıqlar daxildir.

AzVision.az


Teqlər:



Xəbər lenti