Rusiyadan kənd təsərrüfatı məhsulları ixracına maneələrin qaldırılması üzərində iş gedir

Rusiyadan kənd təsərrüfatı məhsulları ixracına maneələrin qaldırılması üzərində iş gedir
  20 Avqust 2022    Oxunub:1726
BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması üzərində işləyir.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş İstanbul Birgə Koordinasiya Mərkəzində Türkiyənin müdafiə naziri Hulusi Akarla keçirdiyi mətbuat konfransında bildirib.

Quterreş Ukrayna və Rusiyadan kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə maneəsiz ixracını təmin etməyi dünya bazarları üçün son dərəcə vacib adlandırıb.

"Ukrayna və Rusiyadan ərzaq və gübrə ixracının artırılması qlobal ərzaq bazarları üçün vacibdir və ərzaq qiymətlərini aşağı salmağa kömək edəcək", - Baş katib deyib.

AzVision.az



Teqlər: BMT   Rusiya   Kənd-Təsərrüfatı  



Xəbər lenti