Türkiyədə dəhşətli yol qəzası: Ölənlərin sayı 20-yə çatdı - YENİLƏNİB
FOTO +VİDEO

Türkiyədə dəhşətli yol qəzası: Ölənlərin sayı 20-yə çatdı -  YENİLƏNİB
FOTO +VİDEO
  21 Avqust 2022    Oxunub:2471
Ötən gün Mardində baş vermiş qəzada ölənlərin sayı 20-yə yüksəlib.

AzVision.az xəbər verir ki, ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir.

Məlumata görə, hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücü nəzarət altına alınıb. Qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

***
23:15
Açıqlanan son rəqəmlərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.

AzVision.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardinin Derik rayonunda olub.

Hərəkətdə olan “TIR” avtomobili yanacaqdoldurma məntəqəsinin qarşısındakı insanların üzərinə sürüb.

Hadisə baş verən zaman xilasedicilər başqa bir qəzanın fəsadlarını aradan qaldırmaq üçün ərazidə iş aprırmış.

Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.



AzVision.az



Teqlər:



Xəbər lenti