Döyüşə uşaqlar gedir

   Döyüşə uşaqlar gedir
  22 Avqust 2022    Oxunub:1691
Ruslar Ukraynanın Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində olan uşaqları döyüşlərə hazırlamağa başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday özünün Telegram səhifəsində məlumat yayıb.

O, qeyd edib ki, Belovodski rayonunda Novoderkul kəndinin yaradılmasının 225-ci ildönümü münasibətilə təntənəli andiçmə və çağırış kampaniyası keçirilib ki, burada da "Gənc Qvardiya" hərbi-vətənpərvərlik hərəkatına 30 məktəb yaşlı uşaq cəlb edilib.

Qayday onu da vurğulayıb ki, Luqansk sakinləri 14-18 yaşlı uşaqların itkin düşməsi ilə bağlı tez-tez məlumat verirlər.

Onlar şəxsiyyəti müəyyən olunana qədər saxlanılırlar. Prosedur həmişəki kimi 72 saat deyil, ata və ya qardaş onun dalınca gələnə kimi çəkir. Gələndə isə onlara seçim verilir: əgər saxlanılan şəxsin yaşı azdırsa, onun əvəzinə kimsə cəbhəyə getməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti