Polşanın Kiyevə olan hərbi yardımları 7 milyardı keçdi

   Polşanın Kiyevə olan hərbi yardımları    7 milyardı keçdi
  22 Avqust 2022    Oxunub:1348
Polşanın fevralın 24-dən bəri Ukraynaya etdiyi hərbi yardımların dəyəri 7 milyard zlotı (təxminən 1,5 milyard-red.) ötüb.
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin müavini, milli müdafiə naziri Mixal Dvorçik Polşa radiosunun efirində deyib.

- Mən 10 milyard zlotıdan çox məbləğdən danışılan təhlilləri oxumuşam. Amma burada söhbət ayrı-ayrı şəxslərin, Polşa vətəndaşlarının dəstəyindən gedir, - Dvorçik deyib.

Eyni zamanda o qeyd edib ki, Polşanın dövlət adından Ukraynaya ayırdığı yardımların böyük əksəriyyəti hərbi xarakterlidir.

- Burada söhbət yeddi milyard zlotıdan artıq məbləğdən gedir. Bu, Ukraynaya verilən hərbi texnikaların dəyəridir, - qeyd edib.

Xatırladaq ki, müharibə başlayandan Polşa hakimiyyəti Ukraynaya tanklar, özüyeriyən haubitsalar, PZRK, pilotsuz uçuş aparatları, döyüş sursatları, təyyarələr üçün ehtiyat hissələri və digər hərbi texnikanın tədarükü barədə məlumatlar verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa   Ukrayna  



Xəbər lenti