30 dollara "ölüm mesajı" – VİDEO+FOTOLAR

// Ruslara atılan mərmilərin üstünə söz yazdırmaq biznesə çevrilib

   30 dollara "ölüm mesajı" –    VİDEO+FOTOLAR
  22 Avqust 2022    Oxunub:2700
Ukraynanın Rusiyaya qarşı mübarizəsini maliyyələşdirmək üçün Qərbdə fondrayzinqin yeni üsulu sürətlə populyarlaşır. Belə ki, xüsusi saytlarda müəyyən məbləğ ödəyərək, Rus Ordusu istiqamətində atılan bomba və raketlərin üstünə seçdiyiniz sözləri, yaxud şüarı yazdırmaq mümkündür.
Bu məqsədlə yaradılan saytların biri “ Sign My Rocket ” – “Raketimi imzala” adlanır. Orada 30 dollar müqabilində mərminin, raketin, dronun, bir sözlə, rus əsgərlərinə atılacaq istənilən bir döyüş sursatının üstünə müəyyən sözü, şüarı yazdırmaq mümkündür.



Ən çox sifarişlər ABŞ-dan gəlir. Mesajların 95%-i ingilis dilindədir. Daha çox “NATO-dan sevgilərlər!” və “Londondan salamlar!” sözləri yazdırılır.

Bu yollar artıq 240 min dollardan çox vəsaitin yığıldığı bildirilir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Müharibə  



Xəbər lenti