Ukrayna "HIMARS agentləri"ni ifşa etdi - FOTO

   Ukrayna "HIMARS agentləri"ni ifşa etdi -    FOTO
  22 Avqust 2022    Oxunub:1356
Ukraynanın Donetsk vilayətində ABŞ-ın Kiyevə verdiyi məşhur HİMARS reaktiv yaylım atəş sistemlərinin mövqelərini Rusiyaya çatdıran iki kəşfiyyatçı-agent saxlanılıb.
Ukraynada Rusiyaya işləyən daha bir casus şəbəkəsi ifşa edilib
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlar Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının, o cümlədən HİMARS raket artilleriya sistemlərinin döyüş mövqelərinin dəqiq koordinatlarını əldə edərək rus hərbçilərə ötürüblər. Bundan əlavə, satqınlar yerli kritik infrastrukturun geolokasiyası və işləməsi haqqında məlumatlar da toplayıblar.

Ruslar hətta bu agentlərin məlumatları əsasında Selidovo şəhərinin suqəbuledici sistemini atəşə tutublar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Agent  





Xəbər lenti