İrəvanda Zabux aksiyasına cəmi beş nəfər gəldi - VİDEO

 İrəvanda Zabux aksiyasına cəmi beş nəfər gəldi -   VİDEO
  22 Avqust 2022    Oxunub:1504
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.AzVision.azxəbər verir ki, bir qrup vətəndaş əvvəlcədən elan olunmuş aksiyada Azərbaycanın tarixi torpaqlarında qanunsuz şəkildə məskunlaşdırılmış ermənilərin bu ərazilərdən çıxarılmasına etiraz ediblər.
Yerli saytlar aksiyaya marağın olmamasından gileyləniblər. Maraqlıdır ki, sosial şəbəkələrdə Zabux hadisəsinə etiraz edən ermənilərin sayı çox olsa da, aksiyaya cəmi dörd beş nəfər qatılıb.

İrəvan ticarət mərkəzlərini bağlayıb: Sahibkarlar etiraz edir- VİDEO
Etirazçılar “Biz israr edirik ki, bu torpaqlar əvvəlki kimi bizim olaraq qalsın. Çıxıb etiraz etməlisiniz ki, dünya bunu bilsin” deyə çığır-baır salıblar. Respublika meydanında təşkil olunan aksiyada vətəndaşlar “Laçın və Zabux dövlətçiliyimizin sonunun başlanğıcıdır”, “Erməni xalqının ləyaqəti harada gizlənib?” yazılmış plakatlar da qaldırıblar.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Zabux  



Xəbər lenti