"Polis bölməsini partladacağam" deyən erməni həbs edildi

      "Polis bölməsini partladacağam"    deyən erməni həbs edildi
  22 Avqust 2022    Oxunub:1702
Ermənistanda növbəti dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ermənistanda bir gündə üçüncü terror xəbərdarlığı
Bildirilir ki, bir nəfər Araqatsotn rayonunun Aştarak bölgəsində polis idarəsini partlatmaqla hədələyib.

"İdarənin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də saat 22:25 radələrində polisə zəng edən şəxs 10 dəqiqə ərzində tanışının bölmədən buraxılmayacağı təqdirdə, Aştarak RPŞ-ni partladacağını və rəhbərliyə zərər verəcəyini deyib. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zəng vuran şəxsin kimliyini və onun harada olduğunu müəyyən ediblər.
Proşyan küçəsində yaşayan 42 yaşlı vətəndaş tapılaraq şöbəyə aparılıb. Cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti