Azərbaycan tankçılarının yarımfinal rəqibləri müəyyənləşib

   Azərbaycan tankçılarının yarımfinal rəqibləri müəyyənləşib
  23 Avqust 2022    Oxunub:1058
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.

AzVision.az



Teqlər: Tank  



Xəbər lenti