"Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri artırması barədə məlumat var. Rusiyanın Ukraynadakı zərbələri mülki əhali və mülki infrastruktur üçün daimi təhlükə yaradır. ABŞ səfirliyi vətəndaşlarını təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməyə çağırır", - bəyanatda deyilir.
Amerika vətəndaşlarına həmçinin hava hücumu zamanı nə etmələri, məsələn, sığınacaq axtarmaq və ya mümkün qədər az pəncərəsi olan evlərdə yerə uzanmaq kimi xəbərdarlıq edilib. Səfirlik sənədlərin qaydasında olmasını yoxlamağı da tövsiyə edib.
Qeyd edək ki, bu gün nüfuzlu "Reuters" nəşri kəşfiyyat məlumatlarına istinadən Rusiyanın yaxın günlərdə mülki infrastruktura kütləvi hücumlar təşkil edəcəyi barədə məlumat yaydı.
Tural Tağıyev
AzVision.az