ABŞ vətəndaşları təcili Ukraynanı tərk etməyə çağırdı

   ABŞ vətəndaşları təcili    Ukraynanı tərk etməyə çağırdı
  23 Avqust 2022    Oxunub:1564
ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. AzVision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.
"Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri artırması barədə məlumat var. Rusiyanın Ukraynadakı zərbələri mülki əhali və mülki infrastruktur üçün daimi təhlükə yaradır. ABŞ səfirliyi vətəndaşlarını təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməyə çağırır", - bəyanatda deyilir.

Reuters: "Yaxın günlərdə Rusiya mülki infrastrukturu hədəf alacaq"
Amerika vətəndaşlarına həmçinin hava hücumu zamanı nə etmələri, məsələn, sığınacaq axtarmaq və ya mümkün qədər az pəncərəsi olan evlərdə yerə uzanmaq kimi xəbərdarlıq edilib. Səfirlik sənədlərin qaydasında olmasını yoxlamağı da tövsiyə edib.

Qeyd edək ki, bu gün nüfuzlu "Reuters" nəşri kəşfiyyat məlumatlarına istinadən Rusiyanın yaxın günlərdə mülki infrastruktura kütləvi hücumlar təşkil edəcəyi barədə məlumat yaydı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna  



Xəbər lenti