Polis itkin düşən şəxsin ünsiyyət dairəsini araşdırıb və müəyyən edib ki, axtarışda olan qadını görə bilən sonuncu şəxs 44 yaşlı Suvorov rayon sakinidir.
Müəyyən edilib ki, həmin kişi avqustun 13-ü axşam saatlarında qadınla görüşüb və onu öz evinə dəvət edib. Spirtli içki qəbulundan sonra isə onların arasında mübahisə yaranıb və bu zaman ev sahibi qonağın başına bir neçə zərbə endirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
"Kişi cinayətin izlərini gizlətmək üçün meyiti gizlədib, bir gün sonra isə onu tikələr şəklində doğrayıb. Qadının başını və əzalarını kəsən cinayətkar doğranmış meyiti torbada və yorğanda gizlədərək ən onu yaxın zibilxanaya atıb”, - məlumatda deyilir.
Yerli saytlarda gedən məqalələrdə isə ölkədə dəhşətli müharibənin getdiyi, hər gün xeyli sayda ölüm xəbərinin gəldiyi bir vaxtda vətəndaşların buc ür ağır cinayətlərə yol verməsini qınayıblar. Hadisə sosial şəbəkələrin Ukrayna seqmentində də narazılıqla qarşılanıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


