Çavuşoğlu: "NATO-da Ukrayna böhranının həllini istəməyən ölkələr var"

      Çavuşoğlu:    "NATO-da Ukrayna böhranının həllini istəməyən ölkələr var"
  23 Avqust 2022    Oxunub:738
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, NATO-da Ukraynadakı münaqişənin həllini istəməyən ölkələr var.
O, bu barədə “Haber Global” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, söhbət təkcə ABŞ-dan deyil, həm də alyansın bir sıra digər üzv dövlətlərindən gedir.

“Taxıl müqaviləsini pozmaq istəyənlər də var idi. Bu ABŞ deyil. ABŞ-ın töhfəsi belə idi: məsələn, Rusiya gübrələri üçün ixrac maneəsinin aradan qaldırılmasında, limanlara çıxışa icazə verilməsində, bank əməliyyatlarının aparılmasında”, - diplomat bildirib.

O əlavə edib ki, bəzi Avropa ölkələri də Ukrayna limanlarından ərzaq ixracı ilə bağlı ərzaq sövdələşməsini pozmaq istəyirlər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti