Almaniyanın Ukrayna üçün silahı tükənib

 Almaniyanın Ukrayna üçün silahı tükənib
  23 Avqust 2022    Oxunub:1491
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext bildirib ki, Almaniya artıq Ukrayna ordusuna öz ehtiyatlarından silah verə bilməz.
Bu barədə “Spiegel” yazıb. Nazir əlavə edib ki, rəsmi Berlin silahla bağlı limitə çatır. Eyni zamanda Almaniya Federal Müdafiə Nazirliyi koalisiya siyasətçilərinin lazım gələrsə Ukraynaya daha çox silah tədarük etmək çağırışını rədd edib.

Berlindəki nazirliyin sözçüsü bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dövründə Rusiyanın yaratdığı təhlükəni nəzərə alaraq, Bundesver riskə gedə bilməz.

Daha əvvəl Bundestaq deputatları Kristian Klink, Sara Nanni və Aleksandr Müller “Spiegel” nəşri üçün yazdığı məqalədə Almaniyanın Ukraynanın sağ qalmasını təmin etmək üçün təcili olaraq daha çox silah verməli olduğu fikrini səsləndirmişdilər.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti