Ankaradan İrəvana xəbərdarlıq: "Ermənistan dərs götürməlidir"
“Uçuşların həyata keçirilməsi, ticarətlə bağlı, sərhədlərdə müəyyən işlər görülür. Ancaq bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən ayrı görmək real deyil. Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər. Azərbaycan təklif etdi, Ermənistan cavab vermədi. Birgə sərhəd komissiyası yaradıldı. Bu işləri görmək lazımdır, Zəngəzur dəhlizi də var. Bunlar deyiləndə Ermənistan narahat olur. Siz həqiqətən sülh istəyirsiniz, yoxsa yox? İşğal etdiyin torpaq idi.
İşğal etdiyin torpaqlar Azərbaycan torpaqları idi. Onlar özlərini elə aparırlar ki, guya, guya Azərbaycan bu torpaqları zəbt edib. Rusiya sülhməramlıları regiona gəldikdən sonra Ermənistan qüvvələri Qarabağdan çıxmalı idi, amma iki il keçib və hələ də orada erməni əsgərləri var”.
Nazir əlavə edib ki, Azərbaycan mövcud Laçın koridoruna paralel yeni yol çəkib və sülhməramlılar da bu yolda olacaq.
“Bu yaşayış məntəqələrindən geri çəkilərkən Azərbaycanın haqlı müdaxiləsi oldu, bu yerləri (erməni əsgərləri) yandırıb məhv edirlər. Ermənistanla münasibətlərin normallaşmasında bizim səmimiyyətimizi hamı görə bilər, amma Ermənistan da bilməli və təəccüblənməməlidir. Ermənistan dərs götürməlidir. Ermənistan tərəfi bilsin və unutmasın ki, bizim Azərbaycandan fərqli istədiyimiz bir şey yoxdur. Biz sülh istəyirik. Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etməsi vacibdir”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


