"Heç vaxt torpağımızda yad rəngləri tanımayacağıq" - Zelenski

"Heç vaxt torpağımızda yad rəngləri tanımayacağıq" -    Zelenski
  23 Avqust 2022    Oxunub:1596
Ukrayna Prezidenti Vladimir Zelenski dövlət bayrağının qaldırılması mərasimində iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

"Biz inanılmaz dərəcədə sevdiyimiz və heç vaxt başqa biri ilə əvəz etməyəcəyimiz iki rəngin birləşməsini qoruyuruq. Biz heç vaxt torpağımızda və səmamızda yad rəngləri tanımayacağıq. Biz mavi və sarı bayrağımızı hər zaman müdafiə etməyə hazırıq", - Zelenski tədbirdə çıxışı zamanı deyib.

Prezident mavi-sarı bayrağın haqlı olduğu yerdə yenidən dalğalanacağına əminliyini bildirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti