"İsraildən Suriyanın suverenliyinə hörmət etməyi tələb edirik" - Lavrov

   "İsraildən Suriyanın suverenliyinə hörmət etməyi tələb edirik" -    Lavrov
  23 Avqust 2022    Oxunub:828
Rusiya və Suriya İsraildən Suriya Ərəb Respublikasının suverenliyinə hörmət etməyi və onun ərazisinə zərbələri dayandırmağı tələb edir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
- Biz İsrailin Suriya ərazisinə təhlükəli zərbələr endirməsi praktikasını, o cümlədən iyunun 10-da Dəməşq Beynəlxalq Hava Limanı, daha sonra isə Tartus limanının hücuma məruz qalması ilə bağlı çox narahatedici epizodu qətiyyətlə pisləyirik, - Lavrov suriyalı həmkarı ilə danışıqlardan sonra keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Moskva ilə yanaşı Dəməşq də İsraildən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə hörmət etməyi tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Suriya   Rusiya  



Xəbər lenti