Bloomberg: iPhone 14 Hindistanda yığılacaq

      Bloomberg:    iPhone 14 Hindistanda yığılacaq
  23 Avqust 2022    Oxunub:1163
Apple hazırda Çində yığılan qadcetlərin buraxılışından təxminən iki ay sonra Hindistanda yeni iPhone 14 smartfonun istehsalına başlamağı planlaşdırır.
Bu barədə Bloomberg məlumat yayıb. Beləliklə, şirkət hər iki ölkədə istehsal gücləri arasındakı fərqi azaltmaq niyyətindədir. ABŞ və Çin hökumətləri arasında münasibətlərin korlanmasından sonra istehsalın şaxələndirilməsi və onun qismən Çindən digər dövlətlərə ötürülməsi Apple-ın gündəmində xüsusilə aktuallaşıb.

Bildirilir ki, əvvəlcə Apple və Foxconn şirkəti Çin və Hindistanda eyni vaxtda istehsalın başlanmasını həyata keçirməyi planlaşdırsalar da, bu il belə bir hədəfin real olmadığı aşkarlanıb. Hindistan istehsalı olan ilk iPhone 14 yalnız oktyabrın sonu - noyabrın əvvəlində hazır olacaq.


AzVision.az


Teqlər:



Xəbər lenti