Kanada Rusiyanın 62 vətəndaşını “qara siyahı”ya saldı

   Kanada Rusiyanın    62 vətəndaşını “qara siyahı”ya saldı
  23 Avqust 2022    Oxunub:1346
Kanadanın baş naziri Castin Trüdo bildirib ki, rəsmi Ottava 62 Rusiya vətəndaşı və bir müdafiə şirkətinə qarşı sanksiya tətbiq edib.
O, bu barədə “Krım platforması”nda çıxışı zamanı bildirib. “Bu gün biz Rusiyanın Ukraynadakı müharibəsində iştirak edən daha 62 şəxsə və Rusiyanın müdafiə sektorundakı təşkilata qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edirik”, - Kanada lideri bildirib.

Avqustun 2-də Kanada hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirildiyini, ona 43 fiziki və 17 hüquqi şəxsin əlavə edildiyini açıqlayıb.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti