Bir gündə La-Manş boğazından rekord sayda miqrant keçib

   Bir gündə La-Manş boğazından rekord sayda miqrant keçib
  23 Avqust 2022    Oxunub:1407
Bir gündə təxminən 1300 qeyri-qanuni miqrant qayıqlarla La-Manş boğazından keçərək Böyük Britaniyaya daxil olub.
Bu barədə Sky News məlumat yayıb. Bu 2018-ci ildən bəri rekord göstəricidir. Bu yolla Böyük Britaniyaya daxil olan qeyri-qanuni mühacirlərin ümumi sayı ilin əvvəlindən 22,6 mini keçib.Ötən ilin eyni dövründə bu rəqəm 12,5 min nəfər idi.

BFM telekanalının məlumatına görə, bu il 60 minə qədər qeyri-qanuni miqrant La-Manş boğazını keçə bilər. Keçən il onların sayı iki dəfə az idi - 28,5 min.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti