Estoniya XİN-dən vətəndaşlara müraciət: Rusiyaya getməyin

      Estoniya XİN-dən vətəndaşlara müraciət:    Rusiyaya getməyin
  23 Avqust 2022    Oxunub:1446
Estoniya hökuməti ölkə vətəndaşlarını mümkün təxribatlara görə Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.
Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bəyan edib.

“Rusiya ərazisinə hər hansı səfərdən çəkinmək lazımdır. Əgər siz Rusiyada qısa bir səfərdəsinizsə, mən sizi Rusiyada qalmağı ciddi düşünməyə dəvət edirəm. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatların olması istisna edilmir”-deyə, o bəyan edib.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri ölkədə sovet abidələrinin ictimai asayiş üçün təhlükə yarada biləcəyini bildirmişdi.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti