Ukrayna döyüşlərindən tragikomik görüntülər yayıldı - VİDEO
23 Avqust 2022
Oxunub:1129
İnternetdə Ukraynada davam edən döyüşlərə dair maraqlı və gülüş doğuran kadrlar yayılıb. AzVision.az xəbər verir ki, yerli medianın da diqqətini çəkən video sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Dronla çəkilən videoda ukraynalı hərbçilər rus hərbi kolonu izləyir sonra dronla onların üzərinə qumbara atırlar. Nəticədə hər kəs qaçaraq ərazidən uzaqlaşır.
Xərəkdə daşınan ağır yaralı isə meydanda heç kimin qalmadığını və ona kimsənin yardım etməyəcəyini görüb "möcüzəvi" şəkildə ayağa qalxaraq qaçır. Saytlar görüntüləri "Ukrayna bombası yaralı işğalçını belə sağaldır" başlığı ilə yayır, bəzən ağır döyüş səhnələrinə baxanda yumor hissini də saxlamaq gərəkir yazırlar.
Müəllif qeyd edir ki, "Biz özümüzünküləri atmırıq" devizi ilə hərəkət edən rus hərbçilərinin bir qumbaradan sonra yaralı hərbçi yoldaşını atıb qaçmaları da işğalçı ordu üçün ayrıca bir faciədir.