Ukraynada müharibə başlayandan büdcə xərcləri trilyonu keçib

   Ukraynada müharibə başlayandan    büdcə xərcləri trilyonu keçib
  23 Avqust 2022    Oxunub:1108
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri dövlət büdcəsinin xərcləri təxminən 1 trilyon qrivna təşkil edib. Bunun da 40%-dən çoxu müdafiə və təhlükəsizliyə sərf edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal hökumətin iclasında məlumat verib.

- Rusiyanın tammiqyaslı işğalı başlayandan indiyədək dövlət büdcəsinin xərcləri təxminən 1 trilyon qrivna təşkil edib. Bunun 420 milyarddan çoxu ölkəmizin müdafiəsi və təhlükəsizliyinə xərclənib. Yəni 40 faizdən çox, büdcədən xərclədiyimiz hər şey ordunun ehtiyacları üçün idi. 288 milyard qrivna hərbi maaşlar üçündür. 135 milyard hərbi texnikanın alınması və təmiri, döyüş sursatı və müdafiə təyinatlı məmulatların əldə edilməsinə gedib - Şmıqal deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Müharibə  



Xəbər lenti