"Müharibəni Putin başladı, özü də onu dayandırmalıdır" - Stoltenberq

   "Müharibəni Putin başladı, özü də onu dayandırmalıdır" -    Stoltenberq
  23 Avqust 2022    Oxunub:1215
Ukrayna ilə bu haqsız müharibəyə Rusiya prezidenti Vladimir Putin başlayıb və özü də onu dayandırmalıdır.
AzVision.az xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq onlayn rejimdə keçirilən ikinci Krım Platforması sammitində deyib.

Stoltenberq: “Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq”
O qeyd edib ki, Rusiya 8 il əvvəl Krımı qeyri-qanuni zəbt edərək, onu planetin ən hərbiləşdirilmiş ərazilərindən birinə çevirib və bu, “altı ay əvvəl Ukraynaya genişmiqyaslı hücum üçün tramplin olub”.

- Prezident Putin düşünürdü ki, o, Ukrayna xalqını, onun Silahlı Qüvvələrini sındıra bilər, demokratik xalqları parçalaya, öz şərtlərini diktə edə bilər. Lakin o, haqlı olmadı. O, yanıldı, - NATO-nun baş katibi vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna müharibənin 6 ağır ayından salamat çıxa bilib, qəddar təcavüzə qarşı müqavimət göstərmək, özünü müdafiə etmək və ərazilərini geri almaq, böyük itkilər vermək kimi qeyri-adi qabiliyyətini nümayiş etdirib. Stoltenberq vurğulayıb ki, NATO Kiyev ilə tam həmrəydir və alyans üzvü olan ölkələr Ukraynanın suverenliyini, bütövlüyünü, gələcəkdə öz yolunu seçmək hüququnu dəstəkləyir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Müharibə   Putin  



Xəbər lenti