Slovakiya Ukraynaya BMP-lər verir

   Slovakiya Ukraynaya BMP-lər verir
  23 Avqust 2022    Oxunub:1148
Slovakiya Ukraynaya SSRİ lisenziyası ilə Çexoslovakiyada istehsal edilmiş 30 ədəd piyada döyüş maşını (BMP) BVP-1 bağışlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Bratislavanın “Pravda” qəzeti respublikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Slovakiya Almaniyadan 15 Leopard 2 tankının alınması ilə əlaqədar BMP-ni Ukraynaya təhvil vermək qərarına gəlib. Çərşənbə axşamı Slovakiya və Almaniyanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığın gücləndirilməsinə dair saziş də imzalanıb. Sənəd Slovakiya Silahlı Qüvvələrinin alman hərbi texnikasının istiqamətini nəzərdə tutur.

BMP-lər isə yaxın həftələrdə Ukraynaya göndəriləcək. İlk alman tankı Slovakiyaya 2022-ci ilin sonunda çatmalıdır və 2023-cü ildə isə Berlin Bratislava qarşısında öhdəliyini tam yerinə yetirəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Slovakiya  



Xəbər lenti