Reuters: "Almaniya Kiyevə 500 milyon dəyərində silah verəcək"

      Reuters:    "Almaniya Kiyevə 500 milyon dəyərində silah verəcək"
  23 Avqust 2022    Oxunub:921
Almaniya Ukraynaya 500 milyon avro dəyərində əlavə silah tədarük etməyi planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə Reuters etibarlı mənbələrə istinadən məlumat yayıb.
Nəşr mənbəsinə istinadən yazır ki, Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolz Berlinin Kiyevə əlavə üç IRIS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli xilasetmə maşını, 20 raket buraxılış qurğusu, dəqiq idarə olunan döyüş sursatları və dronlardan müdafiə sistemi tədarük etmək niyyətində olduğunu açıqlayıb.

Slovakiya Ukraynaya BMP-lər verir
Mənbə onu da qeyd edib ki, silahlar 2023-cü ildə, bəzi avadanlıq növləri isə daha tez təhvil veriləcək. Eyni zamanda, Bundestaqın büdcə komitəsi də silah tədarükünü təsdiq etməlidir. Şolz isə bunu Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə töhfə adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Ukrayna  



Xəbər lenti