Kanada 62 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib

Kanada 62 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib
  23 Avqust 2022    Oxunub:801
Kanada 62 Rusiya vətəndaşına, o cümlədən ölkənin 27 regionunun qubernatorlarına qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, sənəd Kanada hökumətinin saytında dərc olunub.

Qubernatorlardan başqa, Kanadanın sanksiyalar siyahısına Rusiyanın müdafiə sənayesi sektorunun müəssisələri, o cümlədən “Rostex”, “Almaz-Antey”, “Kalaşnikov” kimi müəssisələrin rəhbərliyinin adları da daxildir.

Rəsmi Ottava Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyi ciddi surətdə pozmaqda təqsirləndirir.
AzVision.az



Teqlər: Kanada   Rusiya  



Xəbər lenti