![]() |
İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilib |
Kazaryan onu da bildirib ki, əgər Paşinyanla görüş baş tutsaydı, o zaman bu, jurnalistlərin iştirakı ilə keçirilməli idi. Çünki ictimaiyyət onların nə danışdıqlarını bilməli və eşitməlidir.
O qeyd edib ki, binanın qarşısına Paşinyanla şəxsi məsələləri müzakirə etməyə gəlməmişdi. Baş nazir bu ölkəni və xalqı hansı vəziyyətə saldığını çox gözəl bilir.
- Bina hələ boşdur, baş nazir içəridə deyil, amma məni belə zor gücüylə, bu qədər polislərlə qarşılayırlar. Məlum olur ki, baş nazir iş vaxtı Sevandakı bağ evində yatır. Onların aylıq istirahətlərinin neçəyə başa gəldiyini öyrənmək üçün sorğu da göndərdik, cavab verdilər ki, bu dövlət sirridir. Hərbi texnikanın miqdarı, silah-sursatın sayı, düşmənə təhvil verilən Cəbrayıldakı uğursuz hərbi əməliyyat dövlət sirri deyil, üzərində “tam məxfi” yazısı olan mina xəritələri sirr deyil, ailəsinin və 5 itinin dolanışığı sirrdir. Biz vergi pulları ilə onlara hər ay 88 min dollar xərcləyirik, - Kazaryan hiddətini gizlətməyib.
Tural Tağıyev
AzVision.az