Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri vəfat edib
Bakıda anadan olan soydaşımız Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. O, 1989-cu ildən Serbiyada yaşayıb. Novi Sad Universitetinin Musiqi Akademiyasının professoru idi.
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olaraq ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, doğma dilimizi və adət-ənənələrimizi Serbiyada fəal şəkildə təbliğ edir, bu ölkənin mediası vasitəsilə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına çalışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirib, mərhumun ailə üzvlərinə, yaxınlarına, Serbiyadakı Azərbaycan diasporuna və Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasına dərin hüznlə başsağlığı verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


