Polşa Almaniyaya neft verməkdən imtina etdi

Polşa Almaniyaya neft verməkdən imtina etdi
  24 Avqust 2022    Oxunub:1291
Polşa Almaniyanın Şvedt şəhərindəki neft emalı zavoduna “Drujba” boru kəməri ilə Rusiyadan gələn tədarükləri əvəz etmək üçün neft verməkdən imtina edib.
Bu barədə “The Financial Times” yazır. Nəşr yazır ki, zavod yanacağın Polşanın Qdansk limanı vasitəsilə tədarükü imkanlarını nəzərdən keçirir. Bununla belə, Polşa tərəfi neft emalı zavodunun səhmlərinin 54%-nə “Rosneft”in sahib olması faktından hiddətlənib.

Materialda deyilir ki, şirkət həmçinin Rusiya neftini Qazaxıstandan tədarüklə əvəz etməyi gözləyir.


AzVision.az


Teqlər:



Xəbər lenti