Baş keşişi kilsədə bıçaqlayıb öldürdülər

   Baş keşişi kilsədə bıçaqlayıb öldürdülər
  24 Avqust 2022    Oxunub:1240
Rusiyada din xadimi öldürülüb.AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Domodedovodakı Müqəddəs Nikolay Çudotvorça kilsəsinin rəhbəri Sergey Lopuxov elə öz kilsəsinin girişindəcə bıçaqlanıb.

O kilsədəki dini məktəbin müəllimi tərəfindən hücuma məruz qalıb. Məlumata görə Lopuxova bir neçə bıçaq zərbəsi endirilib.

Kolomensk yeparxiyasının 59 yaşlı baş keşişi aldığı yaralardan yerindəcə dünyasını dəyişib. Cəsəd kilsənin pilləkənlərində tapılıb.

"Qatil Lopuxovun boynundan tutub boğmağa başlayıb və bir neçə bıçaq zərbəsi endirib. Keşişin son sözləri isə "Oğlum, siz nə edirsiniz?" olub. Cinayətkar artıq saxlanılıb. Müstəntiqlər hadisənin motivlərini araşdırırlar", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Keşiş  



Xəbər lenti